إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şeyxülislamın Kəbə örtüyünə ilmə töhfəsi - VİDEO

Bütün Qafqazın Şeyxi Kəbə evinin örtüyünün hazırlandığı fabrikə baş çəkib

Şeyxülislam Hacı Allahşükür Paşazadə Ümrə ziyarətində müqəddəs Məkkə şəhərində yerləşən Kəbə evinin örtüyünün hazırlandığı fabrikə baş çəkib.

Ahlibeyt.az-ın Realtv-yə istinadən məlumatına görə, Kral Əbdüləziz adına istehsal sexinə baş çəkən zaman Şeyx Hacı Allahşükür Paşazadəni yerli rəsmilərdən Kral sarayının müşaviri, Səudiyyə Ərəbistanın "Böyük Alimlər Şurası"nın üzvü şeyx Səd Nasir əş-Şisri müşayiət edib.

Kəbə evinin örtüyünün hazırlandığı fabrikin rəhbərliyi QMİ sədri şeyx Hacı Allahşükür Paşazadəni qarşılayan zaman, istehsal müəssisəsinin işi, Kəbə evi pərdəsinin hazırlanması, onun tərkib hissələri, müəssisədə yerləşdirilən yeni toxuculuq texnologiyaları barədə məlumatlandırıb.

Müsəlmanların ən müqəddəs məkanı olan Kəbə evinin qara örtüyünün ağırlığı 670 kilo təşkil edir. Bu örtük 200 nəfərin çalışdığı fabrikdə 8 ay ərzində toxunub başa çatdırılır.

Örtüyün üzərindəki qızıl işləmələri hörən adamların işə götürülməsi üçün müəyyən imtahandan keçmələri lazımdır. Fabrikdə ilk olaraq saf ipəkdən qara rəngli örtük toxunur. Daha sonra örtüyə qızıl və gümüş ipliklərlə ilmək-ilmək quran ayələri işlənilir. 

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə növbəti il üçün hazırlanan örtüyə ilmə vurub.

Daha sonra Bütün Qafqazın Şeyxi və Azərbaycan nümayəndə heyəti Kəbə muzeyinə də baş çəkiblər.

Qeyd olunur ki, ilk belə hadisədir ki, Azərbaycandan bu sexə Bütün Qafqazın Şeyxi şəxs olaraq dəvət edilir. Məlum məsələdir ki, Kəbə evinin örtüyünün hazırlandığı məkana hər kəs buraxılmır, bura yalnız xüsusi adamlar daxil ola bilər. Bu Bütün Qafqazın Şeyxinə, Azərbaycan dövlətinə, xalqına xüsusi hörmət və ehtiramın göstəricisidir ki, Səudiyyə Ərəbistanı dövləti bu addımı atıb. 

Xatırladaq ki, Kəbə evinin örtüyü hər il dəyişdirilir, bunun üçün hər il yeni örtük hazırlanır. Bir məsələyə fikir verin, çünki qürurla qeyd olunası məsələdir, gələn il Kəbə evinin örtüyündə Bütün Qafqazın Şeyxi Şeyxi Hacı Allahşükür Paşazadənin də atdığı qızıl ilmə olacaq, artıq onun imzası örtükdə həkk olundu. Hansı ki o ilmələrə 64 kq qızıl sərf olunur. Örtük 9 ay ərzində toxunur, tam hazır olur. Toxunma zamanı istifadə olunan hər sarı ilmənin üzərindən qızıl ilmələr atılır. 2020-ci ilin Həcc ziyarətinə hazırlıq gedən zaman Kəbənin bu örtüyü onun üzərinə çəkiləcək, Deməli, artıq gələn il, ilk dəfə Azərbaycanlıların, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin və digər ölkəmizin nüməyəndələrinin atdığı ilmə Kəbənin üzərindəki örtükdə əbədiləşəcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2019  10:20 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!