|
Dinşünaslıq və islamşünaslıq ixtisası üzrə ali təhsil müəssisəsinə 72 nəfər qəbul olub - Aİİ-dən açıqlamaAzərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olan tələbələrin qeydiyyatı davam edir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu il dinşünaslıq və islamşünaslıq ixtisası üzrə ali təhsil müəssisəsinə 72 nəfər qəbul olub. Onların 40 faizi qeydiyyatdan keçib. Qəbul olan tələbələr kifayət qədər yüksək balla Aİİ-ni seçiblər. Bu günə olan məlumata görə, dinşünaslıq ixtisasına ən yüksək bal 523, islamşünaslıq ixtisasına ən yüksək bal isə 346 olub. Xatırladaq ki, 2018/2019-cu tədris ilində Aİİ-nin ixtisaslarına keçid balının 150 olmasına baxmayaraq, dinşünaslıq ixtisasına keçid balı 292, islamşünaslıq ixtisasına isə 200 bal idi. Sənədlərin qəbulu avqustun 27-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-17:00 arasında Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır. İnstitutda tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan hər cür şərait yaradılıb. Aİİ-nin rektoru Ceyhun Məmmədov bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin qeydiyyatının aparılması üçün məsul şəxsin təyin edilməsi haqqında əmr imzalayıb. Qeydiyyatın vaxtında və dəqiq aparılması, növbəlilik prinsipi, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeyd olunan vaxtadək ali təhsil müəssisəsinə gəlib qeydiyyatdan keçməyənlər ixtisaslarından imtina etmiş sayılırlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Avqust, 2019 12:05 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |