|
• DünyadaKanadada məsciddə 6 nəfəri öldürən cani ömürlük həbs cəzasına məhkum edilib2017-ci ildə Kanadanın Kvebek şəhərindəki məscidə silahlı hücum edən və namaz vaxtı 6 insanı qətlə yetirən 29 yaşlı Aleksandr Bissonnette adlı cani məhkəmənin hökmü ilə ömürlük həbs cəzasında məhkum edilib. Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC Kanada KİV-lərinə istinadla xəbər verir ki, qatilin son sözləri – “Mən bu hərəkətimə görə qürur hissi keçirirəm və təəssüf edirəm ki, orada çox adamı öldürə bilmədim” bəyanatı hakimləri dəhşətə gətirib. Hakim cinayətkara 12 ittiham üzrə ümumilikdə 150 il, yekunda isə ömürlük həbs cəzası verildiyini elan edib. Kanadanın Baş naziri Castin Trüdo 2017-ci ildə bu cinayəti “terror aktı” kimi qiymətləndirib və qatilə ən ağır cəza veriləcəyini bildirib. Məhkəməyə sədrlik edən Fransua Hyuot isə bu terror aktının miqrantlara, xüsusən müsəlman mühacirlərə qarşı cəmiyyətdə yaradılan yanlış təsəvvürlərin məhsulu olduğunu deyib. Hakim əlavə edib ki, qatilin əqli problemlərinin olduğu da müəyyən edilib. O, əvvəllər feministlərə və yəhudilərə qarşı cinayət törətməyi də planlaşdırıb. Kanada mətbuatının yaydığı məlumatda bildirilir ki, son illər bu ölkədə islamofobiya meyilləri getdikcə güclənir. Belə ki, 2012-2015-ci illərdə müsəlmanları hədəf alan cinayətlərin sayı 253 faiz artıb. Müsəlmanlarla yanaşı, yəhudilər və qaradərili kanadalılar da ekstremist hücumlara məruz qalırlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2019 15:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |