إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Daha iki bəhreynli "Bəhreyn Şəhidlər karvanı"na qoşuldu (foto)

Dünən Ali Xəlifə polisi Bəhreynin bir neçə məntəqəsində etiraz aksiyaları keçirənlərə hücum etməsi nəticəsində iki nəfər şəhid olub.

İlk şəhid Qəmşə məntəqəsində evində zəhərlənərək şəhid olub. Belə ki, hücumlarını məhəllələrdə belə davam etdirən Ali Xəlifə polisi yaşayış evlərinə belə gözyaşardıcı qazlar atıblar ki, nəticədə Qəmşə məntəqəsində 41 yaşlı Cəfər Casim Razi əl-Məvali zəhərlənərək həyatını itirib.

Digər şəhid 27 yaşlı Səbri Məhfuz Yusif isə Bəhreyn polis idarəsində ona qarşı edilmiş işkəncələrdən evdə müalicə alırdı ki, dünən səhhətinin pisləşməsinə görə xəstəxanaya qaldırılıb. Amma həkimlər ona heç bir köməklik göstərə bilməyiblər və o dünyasını dəyişib.

Qeyd edək ki, Cəfər Casim Razi və Səbri Məhfuz Yusifin şəhadətilə Bəhreyn şəhidlərinin sayı 78-ə yüksəlmiş oldu.

 

41 yaşlı Cəfər Casim Razi əl-Məvali

 

27 yaşlı Səbri Məhfuz Yusif

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2012  16:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!