|
DQIDK sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşübDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı yanvarın 14-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, görüş zamanı səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələrin tarixinin müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini bildirən Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında dönüş nöqtəsi olduğunu və bununla qarşılıqlı əməkdaşlığın təməlinin qoyulduğunu diqqətə çatdırıb. Hazırda bu əməkdaşlığın uğurla davam etdiyini bildirən Komitə sədri Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu mövqeyinin, ölkəmizi beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, DQİDK-nın fəaliyyəti barədə məlumatlandırıb. Bildirib ki, Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. İki il öncə Səudiyyə Ərəbistanı Krallığına səfər etdiyini xatırladan Komitə sədri səfər çərçivəsində ölkələr arasında mövcud əlaqələrin genişləndirilməsi, dini ekstremizm və zorakılığın qarşısının alınması sahəsində birgə səylərin gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində keçirilən görüşlərin önəminə toxunub. Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycana səfir təyin edilməsinin onun üçün sevindirici hal olduğunu deyib. Azərbaycanın sürətli inkişafına şahid olduğunu diqqətə çatdıran səfir ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından, nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib. Diplomat təmsil etdiyi ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini həm xalqının, həm də dövlətinin bu məsələyə olan ədalətli münasibətini əks etdirdiyini xüsusi vurğulayıb. Haməd bin Abdullah bin Səud bin Xudeyr ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib. Qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ingilis və ərəb dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Yanvar, 2019 10:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |