|
• Dünyadaİraq Hərbi Hava Qüvvələrindən Suriyadakı İŞİD mövqelərinə ağır zərbəƏməliyyat İŞİD-in 30 yüksəkvəzifəli komandirinin növbəti iclası zamanı keçirilib. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraq Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın cənub-şərqində yerləşən əs-Susa kəndində əməliyyat keçirib. Endirilmiş hava zərbələri nəticəsində İŞİD terror təşkilatının 30 komandiri məhv edilib. Bu haqda İraq Silahlı Qüvvələrinin (SQ) Birləşmiş Komandanlığından bəyan ediblər. “İraqın F-16 təyyarələri dekabrın 31-i Suriya ərazisindəki əs-Susa bölgəsinə ağır və möhkəm hava zərbəsi endirib. Hədəf - terrorçular və onların iclasları üçün sığınacaq kimi istifadə edilmiş 2-mərtəbəli bina tamamilə məhv edilib.”, - deyə bildirilir. Məlumata görə, hava zərbəsi “İŞİD-in 30 yüksəkvəzifəli komandirinin” növbəti iclası zamanı endirilib. Xatırladaq ki, əs-Susa kəndi Hacin şəhərinin yaxınlığında yerləşir. Bu bölgə İŞİD terror təşkilatının Suriyadakı son “qalalarından” biridir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Yanvar, 2019 13:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |