2 Yanvar, 2019
İraq Hərbi Hava Qüvvələrindən Suriyadakı İŞİD mövqelərinə ağır zərbə

Əməliyyat İŞİD-in 30 yüksəkvəzifəli komandirinin növbəti iclası zamanı keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraq Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın cənub-şərqində yerləşən əs-Susa kəndində əməliyyat keçirib. Endirilmiş hava zərbələri nəticəsində İŞİD terror təşkilatının 30 komandiri məhv edilib.

Bu haqda İraq Silahlı Qüvvələrinin (SQ) Birləşmiş Komandanlığından bəyan ediblər.

“İraqın F-16 təyyarələri dekabrın 31-i Suriya ərazisindəki əs-Susa bölgəsinə ağır və möhkəm hava zərbəsi endirib. Hədəf - terrorçular və onların iclasları üçün sığınacaq kimi istifadə edilmiş 2-mərtəbəli bina tamamilə məhv edilib.”, - deyə bildirilir.

Məlumata görə, hava zərbəsi “İŞİD-in 30 yüksəkvəzifəli komandirinin” növbəti iclası zamanı endirilib.

Xatırladaq ki, əs-Susa kəndi Hacin şəhərinin yaxınlığında yerləşir. Bu bölgə İŞİD terror təşkilatının Suriyadakı son “qalalarından” biridir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9138.html