|
• Dünyadaəl-Qaidə Səudiyyədə etiraz aksiyaları keçirən şiələrin qətlinin vacib olduğunu bildiribƏslən Səudiyyəli olan əl-Qaidə terror təşkilatının rəhbərlərindən Səid əl-Şəhri Səudiyyə Ərəbistanının şərqində etiraz akdiyaları keçirən şiələrin qətl edilməsini istəyib. O deyib ki, şiələr Səudiyyədə asayişi pozmaqla Səudiyyə Ərəbistanın başını daxildə yaratdıqları problemlərə qatmaq istəyirlər. Bu aksiyaların artıq Səudiyyənin cənubuna və Hicaza sirayət etməsini bildirən Səid əl-Şəhri Səudiyyə alimlərini qınayaraq şiələrin qətl edilməsinin halal olduğunu bildirən fətvalar vermələrini istəyib. Səid əl-Şəhri bildirib ki, mən başa düşə bilmirəm alimlər nəyə görə sakit oturublar. Axı Qətifdə ertiraz edənlərin qətlləri vacib, onların əmlakı isə müsəlmanlar üçün qənimət olaraq halaldır. Səid əl-Şəhri bundan başqa Səudiyyə Ərəbistanında yaşayan şiələrin əllərində olan aktivlərin və əmlakların müsadirə olunmasını istəyib. Onun sözlərinə görə, onlar bunu şiəliyin yayılmasına xərcləyirlər. əl-Şəhri şiələrin əhli-sünnə camaatının qanının axıdılmasını iddia edərək şiələrin əlində olan var-dövlətin bir vaxtlar əhli-sünnə camaatının qətl edilməsilə əldə olunduğunu bildirib. Xatırladaq ki, Səid əl-Şəhri keçən il eyni fətvanı Yəməndə yaşayan şiələrə qarşı da vermişdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Mart, 2012 16:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |