
Əslən Səudiyyəli olan əl-Qaidə terror təşkilatının rəhbərlərindən Səid əl-Şəhri Səudiyyə Ərəbistanının şərqində etiraz akdiyaları keçirən şiələrin qətl edilməsini istəyib.
O deyib ki, şiələr Səudiyyədə asayişi pozmaqla Səudiyyə Ərəbistanın başını daxildə yaratdıqları problemlərə qatmaq istəyirlər. Bu aksiyaların artıq Səudiyyənin cənubuna və Hicaza sirayət etməsini bildirən Səid əl-Şəhri Səudiyyə alimlərini qınayaraq şiələrin qətl edilməsinin halal olduğunu bildirən fətvalar vermələrini istəyib.
Səid əl-Şəhri bildirib ki, mən başa düşə bilmirəm alimlər nəyə görə sakit oturublar. Axı Qətifdə ertiraz edənlərin qətlləri vacib, onların əmlakı isə müsəlmanlar üçün qənimət olaraq halaldır.
Səid əl-Şəhri bundan başqa Səudiyyə Ərəbistanında yaşayan şiələrin əllərində olan aktivlərin və əmlakların müsadirə olunmasını istəyib. Onun sözlərinə görə, onlar bunu şiəliyin yayılmasına xərcləyirlər.
əl-Şəhri şiələrin əhli-sünnə camaatının qanının axıdılmasını iddia edərək şiələrin əlində olan var-dövlətin bir vaxtlar əhli-sünnə camaatının qətl edilməsilə əldə olunduğunu bildirib.
Xatırladaq ki, Səid əl-Şəhri keçən il eyni fətvanı Yəməndə yaşayan şiələrə qarşı da vermişdi.