|
• DünyadaƏrdoğan BMT-ni tənqid atəşinə tutdu: Niyə bir dənə də müsəlman ölkəsi yoxdur?Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT Təhlükəsizlik Şurasını (TŞ) daimi üzvlərinin arasında bir dənə də olsun müsəlman ölkənin olmamasına görə tənqid edib. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, Türkiyəli lider qeyd edib ki, “müsəlmanlar öz şəxsi və bütün bəşəriyyətin gələcəklərinə görə səs hüququndan məhrum edildiyi bir zamandakı yeni qlobal sistem müsəlman aləmini küncə sıxıb”. “1.7 milyard əhalisi olan İslam dünyasının BMT TŞ-də bir dənə də olsun daimi üzvü yoxdur. Bu, həmin təhrifin nəticəsidir. Buna görə mən deyirəm ki, dünya BMT TŞ-nin 5 daimi üzvündən daha böyükdür.”, - deyə Ərdoğan bildirib. Xatırladaq ki, BMT TŞ 15 üzvdən təşkil olunub ki, onlardan da 5-i daimi üzvdür: Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa. Bu ölkələrin veto hüquqları var, yəni BMT TŞ-nin istənilən qətnaməsini, sənədin lehinə verilmiş səslərin sayından asılı olmayaraq, məhdudlaşdırmaq hüququ var. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2018 15:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |