
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT Təhlükəsizlik Şurasını (TŞ) daimi üzvlərinin arasında bir dənə də olsun müsəlman ölkənin olmamasına görə tənqid edib.
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, Türkiyəli lider qeyd edib ki, “müsəlmanlar öz şəxsi və bütün bəşəriyyətin gələcəklərinə görə səs hüququndan məhrum edildiyi bir zamandakı yeni qlobal sistem müsəlman aləmini küncə sıxıb”.
“1.7 milyard əhalisi olan İslam dünyasının BMT TŞ-də bir dənə də olsun daimi üzvü yoxdur. Bu, həmin təhrifin nəticəsidir. Buna görə mən deyirəm ki, dünya BMT TŞ-nin 5 daimi üzvündən daha böyükdür.”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, BMT TŞ 15 üzvdən təşkil olunub ki, onlardan da 5-i daimi üzvdür: Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa.
Bu ölkələrin veto hüquqları var, yəni BMT TŞ-nin istənilən qətnaməsini, sənədin lehinə verilmiş səslərin sayından asılı olmayaraq, məhdudlaşdırmaq hüququ var.