|
“Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin təqdimatı olubDekabrın 24-də “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin təqdimatı keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə səyləri ilə ərsəyə gətirilib. Tədbirdə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 3 dildə - Azərbaycan, ingilis, rus dillərində istehsal edilən “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, əzəli torpaqlarımız olan Qarabağa Ermənistanın ərazi iddiaları haqqında olduğunu bildirib. Qeyd edib ki, bu məlumatların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir. Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, xanlıq dövründə, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti barədə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan yeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlar verilir. Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi Ramin Əlizadə, qurluşçu rejissoru Teymur Nəcəfzadə, ingilis versiyasının redaktoru Birləşmiş Krallıqdan jurnalist İan Peartdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2018 10:40 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |