|
• DünyadaTürkiyədə gözdən əlillər üçün Quran akademiyası təsis ediləcəkTürkiyənin Dini İşlər Nazirliyi gözdən əlillərə Qurani-Kərim akademik üslubla öyrədilməsi üçün lazım olan infrastruktura hazırlıqlarını görür. Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, bu barədə Qurani-Kərim xidmətləri birliyinin rəisi Səlahəddin Aydın məlumat verib. Onun dediklərinə görə, bu müəssisə gələcəkdə gözdən əlillər üçün akademik Quran təlimlərinin infrastrukturunu hazırlamaq barədə çarə yolları ardıncadır. Qurani-Kərim xidmətləri birliyinin rəisi Səlahəddin Aydın deyib: "Qurani-Kərim xidmətləri birliyi" indiyədək Qurani-Kərimi dəfələrlə "bril" əlifbası ilə çap etmiş və İngiltərə, Hindistan, Pakistan və sair ölkələrə göndərmişdir. Səlahəddin Aydın əlavə edib: Gözdən əlil olanlar bir və ya iki həftə ərzində Bril əlifbası ilə oxumağı öyrənirlər. O dedi: 1960-cı ildən Qurani-Kərim dünyada "bril" əlifbası ilə çap edilməyə başlayıb. Türkiyədə isə Qurani-Kərimin "bril" əlifbası ilə ilk dəfə səksəninci illərdən çap edilməyə başladı və Türkiyədə "bril" əlifbası ilk Quran nüsxəsi 1990-cı ildə çap və nəşr edildi. Qeyd edək ki, Türkiyənin Qurani-Kərim xidmətləri birliyi 2014-cü ildə təsis edilmişdir və dünyanın 17 ölkəsində üzvi vardır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2018 10:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |