
Türkiyənin Dini İşlər Nazirliyi gözdən əlillərə Qurani-Kərim akademik üslubla öyrədilməsi üçün lazım olan infrastruktura hazırlıqlarını görür.
Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, bu barədə Qurani-Kərim xidmətləri birliyinin rəisi Səlahəddin Aydın məlumat verib. Onun dediklərinə görə, bu müəssisə gələcəkdə gözdən əlillər üçün akademik Quran təlimlərinin infrastrukturunu hazırlamaq barədə çarə yolları ardıncadır.
Qurani-Kərim xidmətləri birliyinin rəisi Səlahəddin Aydın deyib: "Qurani-Kərim xidmətləri birliyi" indiyədək Qurani-Kərimi dəfələrlə "bril" əlifbası ilə çap etmiş və İngiltərə, Hindistan, Pakistan və sair ölkələrə göndərmişdir.
Səlahəddin Aydın əlavə edib: Gözdən əlil olanlar bir və ya iki həftə ərzində Bril əlifbası ilə oxumağı öyrənirlər.
O dedi: 1960-cı ildən Qurani-Kərim dünyada "bril" əlifbası ilə çap edilməyə başlayıb. Türkiyədə isə Qurani-Kərimin "bril" əlifbası ilə ilk dəfə səksəninci illərdən çap edilməyə başladı və Türkiyədə "bril" əlifbası ilk Quran nüsxəsi 1990-cı ildə çap və nəşr edildi.
Qeyd edək ki, Türkiyənin Qurani-Kərim xidmətləri birliyi 2014-cü ildə təsis edilmişdir və dünyanın 17 ölkəsində üzvi vardır.