إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xocavəndin işğal olunmasından 26-il ötür

Bu gün Azərbaycanın ən gözəl guşələrindən biri olan Xocavənd rayonunun işğalından 26 il keçir.

Xocavənd rayonu 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi", Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" kumbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalcıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir.

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2018  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!