|
• DünyadaVahhabilik İslam dünyasına ləkədirAyətulahul-Üzma Şeyx Nasir Məkarim Şirazi bu gün öz xaric dərsində Pakistanda şiələrin vahhabilər tərəfindən qətl edilməsini pisləyib. Mərcei-təqlid deyib ki, şiələrin vahhabilər tərəfindən qətl edilməsi çox ürək yandırıcı hadiəsidir və insan haqqlarından dəm vuran insan haqqları mərkəzlərinin buna sükut etməsi təəssüf hissi doğurur. İslam dünyasında vahhabilərə yer yoxdur deyən Quran müfəssiri deyib ki, vahhabilik İslam dünyasına bir ləkədir. Mərcei-təqlid deyib ki, heç bir ağıl, məntiq və qanun tanımayan qana susamış vahhabilər günahsız insanları qətl edir və şəhadətə çatdırırlar. Lakin bütün bunlara baxmayaraq şiələr onlara qarşı bu cinayətləri həyata keçirmirlər. Bu özü şiəliyin haqq olmasına bariz bir sübutdur. İraqı misal göstərən mərcei-təqlid deyib ki, İraqda əhalinin əksəriyyəti şiədir. Amma vahhabilər orada hər dəfə şiələrə qarşı terror aktları həyata keçirməkdədirlər. Lakin şiələr həmin cinayətlərə cinayət törətməklə cavab vermirlər. Ayətullah Məkarim Şirazi vahhabilərin bu cinayətlərini pislədiklərini bildirərək deyib ki, Pakistan dövlətindən tələb edirik ki, bu terror aktlarını törədənlərə qarşı tədbirlər həyata keçirərək bu cinayətləri törədənləri tezliklə layiqli cəzalarına çatdırsınlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2012 20:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |