|
• DünyadaAfrikanın xristian ölkəsi İslam qanunu qəbul etdiCAR-da məhkəmə evliliklə bağlı qərar qəbul edib. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Cənubi Afrika Respublikasının Ali instansiya məhkəməsi müsəlmanların kəbinini yerli idarə etmə orqanlarında qeydiyyata alınan rəsmi nikaha bərabər tutub. Qeyd edilir ki, hakim Sərac Dəsai bu qərarı qəbul edib ki, boşanma baş verdikdə müsəlman qadınlar mülkiyyət iddiası başlada və aliment ala bilsin. Artıq müvafiq qanunveridi normanı ölkə prezidenti, həmçinin ədliyyə və daxili işlər nazirlikləri də 24 ay ərzində tətbiq etməlidir. Ölkənin hüquq-müdafiəçiləri isə məlum məhkəmə qərarından razı qaldıqlarını ifadə ediblər və qeyd ediblər ki, artıq CAR-ın müsəlman qadın sakinləri də qanun tərəfindən qorunacaqlar, çünki şəriət qadınların maddi təminatı məsələlərini tam aydın şəkildə tənzimləsə də, buna nəzarət edə biləcək dövlət qurumları yox idi, müsəlmanların dini təşkilatlarının isə belə bir səlahiyyətləri yox idi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2018 10:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |