6 Sentyabr, 2018
Afrikanın xristian ölkəsi İslam qanunu qəbul etdi

CAR-da məhkəmə evliliklə bağlı qərar qəbul edib.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Cənubi Afrika Respublikasının Ali instansiya məhkəməsi müsəlmanların kəbinini yerli idarə etmə orqanlarında qeydiyyata alınan rəsmi nikaha bərabər tutub.

Qeyd edilir ki, hakim Sərac Dəsai bu qərarı qəbul edib ki, boşanma baş verdikdə müsəlman qadınlar mülkiyyət iddiası başlada və aliment ala bilsin.

Artıq müvafiq qanunveridi normanı ölkə prezidenti, həmçinin ədliyyə və daxili işlər nazirlikləri də 24 ay ərzində tətbiq etməlidir.

Ölkənin hüquq-müdafiəçiləri isə məlum məhkəmə qərarından razı qaldıqlarını ifadə ediblər və qeyd ediblər ki, artıq CAR-ın müsəlman qadın sakinləri də qanun tərəfindən qorunacaqlar, çünki şəriət qadınların maddi təminatı məsələlərini tam aydın şəkildə tənzimləsə də, buna nəzarət edə biləcək dövlət qurumları yox idi, müsəlmanların dini təşkilatlarının isə belə bir səlahiyyətləri yox idi.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8787.html