|
• DünyadaRohinca müsəlmanlarına hücumları işıqlandıran jurnalistlərə 7 il həbsMyanma məhkəməsi “Reuters” agentliyinin iki jurnalistini 7 il müddətinə azadlıqdan məhrum edib. Ahlibeyt.az-ın Euronews-a istinadən verdiyi xəbərə görə, jurnalistlər dövlət sirrinin yayılması haqqında qanunu pozmaqda təqsirli biliniblər. Həbs olunan jurnalistlər 2017-ci il dekabrın 12-də saxlanılıblar. Onlardan biri 2016-cı ilin iyunundan, o biri isə 2017-ci ilin sentyabrından agentlikdə işləyirmiş. Hər iki reportyor Rakhayn əyalətində müsəlmanlara edilən hücumlarla bağlı araşdırma apararaq materiallarən hazırlayırmış. Məlumata görə, jurnalistlər yüksək rütbəli polis əməkdaşları ilə əlaqəyə girərək Rakhin əyalətində polis və hərbçilər tərəfindən törədilən qətliamlar haqqında hazırlanmış dövlət hesabatlarını əldə edərək yayımlayıblar. Qeyd edək ki, BMT Myanma hakimiyyətini müsəmanlara qarşı soyqırımda ittiham edib. Bu cinayət nəticəsində 10 mindən çox müsəlman qətlə yetirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2018 11:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |