|
• DünyadaQurani-Kərimin Polyak dilinə tərcüməsi nəşrə hazırlanıbPolşanın "İslami İttihad Təşkilatı" Qurani-Kərimin Polyak dilinə tərcümə edildiyi barədə məlumat yayaraq bildirib ki, bu tərcümə payıza qədər çap və nəşr ediləcək. Ahlibeyt.az-ın məlumatına görə, İQNA agentliyi "le 360" inofrmasiya portalına istinadla verdiyi xəbərə əsasən, Qurani-Kərimin Polyak dilinə tərcüməsi üç ilə işlənmişdir. Tərcüməyə bir qrup müsəlman alimləri, ilahiyyatçılar və Ərəb dili mütəxəssisləri nəzarət ediblər. "İslami İttihad Təşkilatı"nın verdiyi açıqlamaya görə, Qurani-Kərimin Polyak dilinə tərcüməsinin ilk çapı 5000 nüsxədə nəşr ediləcəkdir. Tərcümə həmçinin adı çəkilən təşkilatın rəsmi saytında da sosial şəbəkə istifadəçilərinin ixtiyarına veriləcəkdir. Hazırda Qurani-Kərimin Polyak dilində iki nüsxə tərcüməsi mövcuddur. Bunlardan biri 1858-ci ildə və digəri isə 1986-cı ildə Polşada nəşr edilmişdir. Bu iki tərcümədə bəzi nöqsanlar olduğu üçün "İslami İttihad Təşkilatı" Qurani-Kərimin yenidən tərcümə edilməsi qərarına gəlib. Yeni tərcümədə Quran ayələrinin cəmiyyətin bütün təbəqələri üçün anlaşılan mənada tərcümə edilməsinə çalışılmışdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyul, 2018 11:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |