
Polşanın "İslami İttihad Təşkilatı" Qurani-Kərimin Polyak dilinə tərcümə edildiyi barədə məlumat yayaraq bildirib ki, bu tərcümə payıza qədər çap və nəşr ediləcək.
Ahlibeyt.az-ın məlumatına görə, İQNA agentliyi "le 360" inofrmasiya portalına istinadla verdiyi xəbərə əsasən, Qurani-Kərimin Polyak dilinə tərcüməsi üç ilə işlənmişdir. Tərcüməyə bir qrup müsəlman alimləri, ilahiyyatçılar və Ərəb dili mütəxəssisləri nəzarət ediblər.
"İslami İttihad Təşkilatı"nın verdiyi açıqlamaya görə, Qurani-Kərimin Polyak dilinə tərcüməsinin ilk çapı 5000 nüsxədə nəşr ediləcəkdir. Tərcümə həmçinin adı çəkilən təşkilatın rəsmi saytında da sosial şəbəkə istifadəçilərinin ixtiyarına veriləcəkdir.
Hazırda Qurani-Kərimin Polyak dilində iki nüsxə tərcüməsi mövcuddur. Bunlardan biri 1858-ci ildə və digəri isə 1986-cı ildə Polşada nəşr edilmişdir. Bu iki tərcümədə bəzi nöqsanlar olduğu üçün "İslami İttihad Təşkilatı" Qurani-Kərimin yenidən tərcümə edilməsi qərarına gəlib. Yeni tərcümədə Quran ayələrinin cəmiyyətin bütün təbəqələri üçün anlaşılan mənada tərcümə edilməsinə çalışılmışdır.