|
• DünyadaÇində müsəlman uşaqlarına din təlimləri qadağan edildiÇin dövləti rəsmiləri yay tətilindən səmərəli istifadə, uşaqların istirahəti və dərslər üzərində mərkəzləşməsi bəhanəsi ilə bu qadağaları tətbiq ediblər. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Çinin Gansu əyalətinin Lin Şay şəhərində on altı yaşından aşağı müsəlman uşaqlarına dini maarifin öyrədilməsi qadağan edildi. "Kiçik Məkkə" adlanan bu şəhərin məscid imamlarından biri deyir: Əvvəllər yay tətili boyunca təşkil edilən dini təlim kurslarında mindən çox uşaq və yeniyetmə iştirak edirdilər. Amma dini maarifinin uşaqlara təlim edilməsi qadağan olunduqdan sonra onlar bu təlim kurslarında iştirak edə bilmirlər. Hazırda bu siniflərdə və təlim kurslarında sayı 20-dən çox olmamaqla 16 yaşından yuxarı olan və dövlətdən rəsmi icazə alan cavanlar iştirak edə bilərlər Çin dövləti rəsmiləri yay tətilindən səmərəli istifadə, uşaqların yaxşı istirahət etməsi və dərsləri üzərində mərkəzləşməsi bəhanəsi ilə bu qadağaları tətbiq ediblər. Qeyd edək ki, Çinin Gansu əyalətinin mərkəzi olan Lin Şay şəhəri dini azadlığın mərkəzi sayılırdı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2018 12:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |