19 İyul, 2018
Çində müsəlman uşaqlarına din təlimləri qadağan edildi

Çin dövləti rəsmiləri yay tətilindən səmərəli istifadə, uşaqların istirahəti  və dərslər üzərində mərkəzləşməsi bəhanəsi ilə bu qadağaları tətbiq ediblər.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Çinin Gansu əyalətinin Lin Şay şəhərində on altı yaşından aşağı müsəlman uşaqlarına dini maarifin öyrədilməsi qadağan edildi.

"Kiçik Məkkə" adlanan bu şəhərin məscid imamlarından biri deyir: Əvvəllər yay tətili boyunca təşkil edilən dini təlim kurslarında mindən çox uşaq və yeniyetmə iştirak edirdilər. Amma dini maarifinin uşaqlara təlim edilməsi qadağan olunduqdan sonra onlar bu təlim kurslarında iştirak edə bilmirlər. Hazırda bu siniflərdə və təlim kurslarında sayı 20-dən çox olmamaqla 16 yaşından yuxarı olan və dövlətdən rəsmi icazə alan cavanlar iştirak edə bilərlər

Çin dövləti rəsmiləri yay tətilindən səmərəli istifadə, uşaqların yaxşı istirahət etməsi və dərsləri üzərində mərkəzləşməsi bəhanəsi ilə bu qadağaları tətbiq ediblər.

Qeyd edək ki, Çinin Gansu əyalətinin mərkəzi olan Lin Şay şəhəri dini azadlığın mərkəzi sayılırdı.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8702.html