|
|
Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri yenidən nəşr olunubXIX əsr Qarabağ ədəbi mühitinin aynası olan “Təzkireyi-Nəvvab” yenidən nəşr olunub Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Görkəmli alim, təzkirəçi, ensiklopedik zəka sahibi, XIX əsrin məşhur ədəbi simalarından biri Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” adlı əsəri “Elm” nəşriyyatında çapdan çıxıb. Əsər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi şurasının qərarı ilə işıq üzü görüb. İki hissədən ibarət olan təzkirənin birinci hissəsində Vaqif, Vidadi, Kərbəlayi Şəfi Valeh, Zakir, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi kimi 35 sənətkar, ikinci hissədə isə Natəvan, Mehdiqulu xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Mirzə Rəhi Fəna, Məmo bəy Məmai, Mirzə bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Möhsün Nəvvab, Mir İbrahim Nəvvabzadə, Hacı Abbas Agah, Mir Mehdi Xəzani və digər 56 şair haqqında məlumat verilib, onların əsərlərindən nümunələr təqdim edilib. Qeyd edək ki, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri ilk dəfə 1998-ci ildə nəşr olunub. Yeni təzkirənin mətni akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov tərəfindən redaktə olunub. Kitaba əvvəlki nəşrdə olmayan geniş adlar göstəricisi - indeks və 25 Qarabağ şairinin avtoqraf əlyazma nümunələrinin surətləri əlavə edilib. ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2018 12:17 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |