|
• Dünyadaİran “Həcc ziyarəti təşkilatı” Səudiyyə Ərəbistanda ofis açacaqİranlı zəvvarların mənafeini qorumaq və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün, İran cairi ilin Həcc mövsümündə Səudiyyə Ərəbistanda ofis açacaq. Ahlibeyt.az-ın məlumatına görə, Maide.az İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İranın Həcc və Ziyarətlərin Təşkili Təşkilatının sədri Həmid Məhəmmədi degib. H.Məhəmmədi deyib ki, ilkin razılığa əsasən, cari ilin həcc mövsümündə iranlı hacıların problemlərini və üzləşəcəyi çətinlikləri aradan qaldırmaq məqsədilə İranın maraqlarını qoruyan ofis öz işinə başlayacaq. Ofisin Səudiyyə Ərəbistanda işi Həcc ziyarəti üçün zəvvarların bu ölkəyə ezam olunmasından öncə başlayacaq. H.Məhəmmədi deyib ki, İranln maraqlarını qoruyan ofisin açılması ilə bağlı Səudiyyə Ərəbistan rəsmiləri ilə saziş imzalanıb. Qeyd edək ki, cari ilin Həcc mövsümündə İrandan Həcc ziyarətinə 85 min 200 zəvvarın ezam olunması nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2018 10:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |