
İranlı zəvvarların mənafeini qorumaq və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün, İran cairi ilin Həcc mövsümündə Səudiyyə Ərəbistanda ofis açacaq.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İranın Həcc və Ziyarətlərin Təşkili Təşkilatının sədri Həmid Məhəmmədi degib.
H.Məhəmmədi deyib ki, ilkin razılığa əsasən, cari ilin həcc mövsümündə iranlı hacıların problemlərini və üzləşəcəyi çətinlikləri aradan qaldırmaq məqsədilə İranın maraqlarını qoruyan ofis öz işinə başlayacaq.
Ofisin Səudiyyə Ərəbistanda işi Həcc ziyarəti üçün zəvvarların bu ölkəyə ezam olunmasından öncə başlayacaq.
H.Məhəmmədi deyib ki, İranln maraqlarını qoruyan ofisin açılması ilə bağlı Səudiyyə Ərəbistan rəsmiləri ilə saziş imzalanıb.
Qeyd edək ki, cari ilin Həcc mövsümündə İrandan Həcc ziyarətinə 85 min 200 zəvvarın ezam olunması nəzərdə tutulub.