إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BƏƏ-də beynəlxalq Quran yarışları keçirilir

Dubayda keçirilən Quran yilavəti yarışları mübarək Ramazan ayının 20-dək(5 iyun) davam edəcək.

Ahlibeyt.az-n İQNA-ya istinadən verdiyi xəbərə görə, BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) beynəlxalq Qurani-Kərim yarışları keçirilir.

Qurani-Kərimin hifzi və qiraəti üzə keçirilən bu yarışlar BƏƏ-nin "Dubay mükafatı 26-cı beynəlxalq Quran yarışları"dır.

Bu yarışlar Dubayın "Ticarət və Sənaye palatası"nın konfrans zalında açılış mərasimi keçirərək öz işinə başlayıb.

Yarışların açılış mərasimində Dubay mükafatı Quran yarışlarının komitə sədri İbrahim Məhəmməd Bu-Məlhə, hakimlər heyəti və xarici qonaqlar iştirak ediblər.

İbrahim Məhəmməd Bu-Məlhə açılış mərasimində çıxış edərək deyib: "Dubay mükafatı Quran yarışları" dünyanın ən böyük Quran yarışlardan biri hesab edilir. Bu yarışlarda birinci yerin qalibinə 250 min (68 min ABŞ dolları), ikinci yerin qalibinə 200 min dirhəm (54 min ABŞ dolları)   və üçüncü yerin qalibinə 150 min BƏƏ dirhəm (40 min ABŞ dolları) hədiyyə veriləcəkdir. Yarışlarda 4-cü yerdən 10-cu yerədək qazananların arasında 350 min dirhəm bölüşdürüləcəkdir.

Qeyd edək ki, bu il, Dubayın Quran yarışlarında dünyanın 104 ölkəsindən nümayəndə iştirak edir və yarışlar mübarək Ramazan ayının 20-dək davam edəcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 May, 2018  12:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!