|
• Mənəviyyat • MənəviyyatDua edən şəxs haram yolla ruzi qazanmazsa...Dua şərtlərindən biri də paltarın paklığı, qidaların halallığı və dua olunan yerin mübah olmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Duasının qəbul olmasını istəyən şəxs yemək və qazancını təmiz saxlamalıdır.”(Məhəmməd Baqir Məclisi, 93-cü cild, səh.320) Dua edən şəxs haram yolla ruzi qazanmazsa, əyri yolla qazanc əldə etməzsə, mənəvi kamilliyə çatar. İnsanları bu sayaq dua ilə məşğul olan cəmiyyət necə də xoşbəxtdir. Belə bir şəhər necə də fəzilətli bir şəhər olacaqdır! Nəfsi öldürmək: Duanın, hətta bütün ibadətlərin ən böyük faydası nəfs tüğyanının qarşısının alınmasıdır. Həzrət Əli "Qasiə” xütbəsində təkəbbürün pislənməsi barəsində uzun bir mövzu bəyan etmişdir. Xütbənin bir hissəsində buyurur: "Bu çirkin xüsusiyyət şeytanın ən böyük tələsi və ən güclü hiylə vasitəsi sayılır”. Eqoistlik və təkəbbürü məhv etmək bütün əxlaqi eyblərin kökünü kəsməyə və insanın özünü bütün fəzilətlərin kəsbi üçün hazırlamasına bərabərdir. Allah Quranda buyurur: "Hər kəs nəfsini təmizləsə, mütləq nicat tapacaqdır." ("Şəms” surəsi, ayə 9.) Dua edən şəxs Allah qarşısında durmaqla, Onun əzəmətinə diqqət yetirməklə, öz zəiflik və kiçikliyini nəzərdə tutmaqla aşıb-daşan ehtiyaclarını göstərir. O bu vasitə ilə özünü hər bir yaranmışdan ehtiyacsız, yalnız Ona ehtiyaclı görür. Beləliklə, dua təvazökarlıqla yanaşı ucalıq və izzət gətirir. "Rəbbin dərgahında"- Ustad Misbah Yəzdinin dua barəsindəki söhbətlərindən seçmələr
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 May, 2018 11:16 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi 15 Sentyabr, 2022 Duaların qəbul olmaması səbəbi - Kumeyl duasının şərhi10 Avqust, 2022 Nəfsin halları - Kumeyl duasının şərhi |
Xəbər lenti
8 Dekabr, 2023 10:00
6 Dekabr, 2023 15:45
27 Noyabr, 2023 09:15
|
© 2023 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |