3 May, 2018
Dua edən şəxs haram yolla ruzi qazanmazsa...

Dua şərtlərindən biri də paltarın paklığı, qidaların halallığı və dua olunan yerin mübah olmasıdır.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Duasının qəbul olmasını istəyən şəxs yemək və qazancını təmiz saxlamalıdır.”(Məhəmməd Baqir Məclisi, 93-cü cild, səh.320)

Dua edən şəxs haram yolla ruzi qazanmazsa, əyri yolla qazanc əldə etməzsə, mənəvi kamilliyə çatar. İnsanları bu sayaq dua ilə məşğul olan cəmiyyət necə də xoşbəxtdir. Belə bir şəhər necə də fəzilətli bir şəhər olacaqdır!

Nəfsi öldürmək: Duanın, hətta bütün ibadətlərin ən böyük faydası nəfs tüğyanının qarşısının alınmasıdır.

Həzrət Əli "Qasiə” xütbəsində təkəbbürün pislənməsi barəsində uzun bir mövzu bəyan etmişdir. Xütbənin bir hissəsində buyurur: "Bu çirkin xüsusiyyət şeytanın ən böyük tələsi və ən güclü hiylə vasitəsi sayılır”.

Eqoistlik və təkəbbürü məhv etmək bütün əxlaqi eyblərin kökünü kəsməyə və insanın özünü bütün fəzilətlərin kəsbi üçün hazırlamasına bərabərdir.

Allah Quranda buyurur: "Hər kəs nəfsini təmizləsə, mütləq nicat tapacaqdır." ("Şəms” surəsi, ayə 9.)

Dua edən şəxs Allah qarşısında durmaqla, Onun əzəmətinə diqqət yetirməklə, öz zəiflik və kiçikliyini nəzərdə tutmaqla aşıb-daşan ehtiyaclarını göstərir. O bu vasitə ilə özünü hər bir yaranmışdan ehtiyacsız, yalnız Ona ehtiyaclı görür. Beləliklə, dua təvazökarlıqla yanaşı ucalıq və izzət gətirir.

"Rəbbin dərgahında"- Ustad Misbah Yəzdinin dua barəsindəki söhbətlərindən seçmələr

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8353.html