إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Eurovision" qabağı dindarların kütləvi həbsi

Bir neçə gün ərzində Azərbaycan ərazisində 40-dan artıq dindarın hüquq-mühafizə orqanları tərəfindən həbs edildiyi və ya saxlanıldığı bildirilir.

İslamazeri.az-a verilən məlumata görə, Cəlilabad rayonu Göytəpə şəhər ruhanisi Əliyev İlqar Əyyub oğlu və dindar Əliyev Nadir Məmmədağa oğlu Cümə namazından sonra Cəlilabad polisi və Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışdır.
Daha sonra Nadir Əliyev sərbəst buraxılsa da İlqar Əyyubov hələ də bölmədə saxlanılır.

Bu gün gunorta namazından sonra Hacı İlham Əliyev evindən aparılıb.

İslamazeri.az-a Binə sakinlərinin verdiyi məlumata görə, Bakının Binə qəsəbəsindəki evindən aparılan ruhani Hacı İlhamdan indiyə qədər heç bir məlumat əldə etmək mümkün olmayıb. Saxlanılmasının səbəbləri məlum deyil. Ruhaninin tanışları Xəzər Rayonu Polis idarəsinə məlumat haqqında müraciət ediblər. Lakin heç bir məlumat verilməyib.

Sumqayıt şəhər sakini 30 yaşlı Zöhrab Quliyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini 30 yaşlı dindar Zöhrab Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürülüb. Z. Quliyevin yaşadığı evə baxış keçirən əməliyyatçılar qumbara və müxtəlif çaplı güllələr aşkar ediblər.

Şübhəli şəxs qismində saxlanılan Zöhrab Quliyevin qohumlarının deyiblər ki, "Eşitdik ki, girib evdən qumbara çıxardıblar. Məsələ bizə qaranlıq qaldığı üçün polis bölməsinə gedirik. Bu adam hələ indiyə kimi bir toyuq başı da kəsməyib.”

Dünən səhər saatlarında Gəncə ruhanisi Əliyev Asəf avtomobili idarə edərkən DYP tərəfindən saxlanılıb və Nizami RPŞ-ə aparılıb. Ailəsinin polisə müraciəti zamanı polis idarəsindən bildirilib ki, A. Əliyev orda saxlanılır, səbəb göstərilmir.

Elçin Namazov İslamazeri.az-a bildirib ki, artıq Asəf Əliyevə 2 aylıq inzibati həbs cəzası verilirilib. Ruhaninin barəsində xuliqanlıq maddəsi ilə istintaq başladılıb.

Azərbaycan İslam Partiyasının üzvünun qardaşı İlham Ələkbərov da həbs olunub.

İslamazeri.az-ın verdiyi xəbərə görə bu səhər Hacı Mehdi yaşadığı Biləcəri qəsəbəsində yerləşən 6-cı polis bölməsinə çağırılıb. Hacı Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bildirib ki, səhər birlikdə polis bölməsinə gediblər. Bölmədən bir müddət sonra çıxan Hacı Mehdi Məmmədov özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən "niva" markalı avtomobilə oturdaraq naməlum istiqamətə aparılıb.Vəkil Zaman Səmədovun bildirdiyinə görə Milli Təklükəsizlik Nazirliyinə müraciət edilib. Amma Mehdi Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinə gətirilmədiyi bildirilib. Vəkil Mehdi Məmmədovun hansı istiqamətə aparılması haqda bütün hüquqi addımların atıldığını bildirib. Onun sözlərinə görə "102" xidmətinə, Binəqədi Rayon polis bölməsinə müraciət etmişik.

Azadxeber.az saytının əldə etdiyi məlumata görə, Papanin qəsəbəsində yaşayan Seyyid Elbrus İbadov adlı şəxs fevral ayının 16-sı axşam saatlarından etibarən Nəsimi Rayon Baş Polis İdarəsinə aparılıb. İki günə yaxındır ki, Nəsimi Rayon Baş Polis İdarəsində saxlanılan Seyyid Elburus İbadovun yaxınlarının verdiyi məlumata görə, onun hansı səbəbdən polis idarəsində saxlanıldığı haqda məlumat verilmir.

Dindarların ölkə boyu kütləvi həbs dalğası Yasamaldanda yan keçməyib. Dindar Seymur Zeynalov əvvəl polis bölməsinə  aparılıb. Daha sonra sandıqçasından 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança "aşkarlanıb". 

Əldə etdiyimiz xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının Hacı Əliyev adlı şəxsi də saxlayıb. Ondan da sandıqçasında 3 ədəd patronu olan «Makarov» tipli tapança "aşkar olunaraq götürülüb".
 
Azadxeber.az saytı xəbər yayır ki, Badamdar qəsəbəsindən adları hələki məlum olmayan 40 nəfərə yaxın dindar həbs edilərək polis bölmələrinə aparılıblar.

Bir çox möminlər bu həbsləri may ayında keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə əlaqələndirirlər. Möminlər bildirirlər ki, hökümət möminlərin mahnı müsabiqəsinin keçirilməsinin qarşısını almaq üçün təxribat törədə bilərlər. Bu səbəbdəndir ki, fəal dindarlar saxlanılıblar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2012  23:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!