|
• DünyadaRusiya MN: Suriya aviabazası İsrail tərəfindən bombalanıbSuriyanın Homs vilayətindəki T-4 aviabazasına gecə saatlarında raket zərbəsi endirilib. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb. İsrail Hərbi Hava Qüvvələrinin 2 ədəd “F-15” təyyarəsi Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirib- bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. Nazirlik bildirib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53-də İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur. “Al-Arabiya” telekanalı hadisə nəticəsində azı 14 hərbçinin öldüyü barədə xəbər yayıb. Ölənlər arasında iranlı hərbi müşavirlərin də olduğu bildirilir. Pentaqon ABŞ-ın qeyd olunan raket zərbəsi ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2018 12:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |