9 Aprel, 2018
Rusiya MN: Suriya aviabazası İsrail tərəfindən bombalanıb

Suriyanın Homs vilayətindəki T-4  aviabazasına gecə saatlarında raket zərbəsi endirilib.

Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinin 2 ədəd “F-15” təyyarəsi Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirib- bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53-də İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.

“Al-Arabiya” telekanalı hadisə nəticəsində azı 14 hərbçinin öldüyü barədə xəbər yayıb. Ölənlər arasında iranlı hərbi müşavirlərin də olduğu bildirilir.

Pentaqon ABŞ-ın qeyd olunan raket zərbəsi ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8299.html