|
• DünyadaAstanada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Suriya üzrə görüşü başlayıbBu gün Astanada Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlunun Suriyada böhranın həlli üzrə görüşü başlayıb. Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, görüş çərçivəsində iştirakçılar Suriyadakı vəziyyətin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin ilk ili ərzində əldə olunmuş nəticələri təhlil etməyi planlaşdırırlar. Bundan başqa, nazirlər gələcək birgə fəaliyyəti müzakirə edəcəklər. XİN başçıları görüşün yekunlarına dair birgə bəyanat qəbul edəcəklər. Həmçinin Astana meydançasında hökumət və müxalifət arasında danışıqların doqquzuncu raundunun yeni tarixi açıqlanacaq. Mənbə bildirib ki, yeni raundun bu il mayın ortalarında keçirilməsi gözlənilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2018 11:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |