16 Mart, 2018
Astanada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Suriya üzrə görüşü başlayıb

Bu gün Astanada Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlunun Suriyada böhranın həlli üzrə görüşü başlayıb.

Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, görüş çərçivəsində iştirakçılar Suriyadakı vəziyyətin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin ilk ili ərzində əldə olunmuş nəticələri təhlil etməyi planlaşdırırlar. Bundan başqa, nazirlər gələcək birgə fəaliyyəti müzakirə edəcəklər.

XİN başçıları görüşün yekunlarına dair birgə bəyanat qəbul edəcəklər. Həmçinin Astana meydançasında hökumət və müxalifət arasında danışıqların doqquzuncu raundunun yeni tarixi açıqlanacaq.

Mənbə bildirib ki, yeni raundun bu il mayın ortalarında keçirilməsi gözlənilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8234.html