|
• DünyadaYəmən cəbhəsində Səud Ordusunun pilotsuz təyyarəsi, hərbi yük maşını vuruldu - FOTOYəmən Ordusu, Husilərə bağlı "Ənsarullah" könüllü dəstələrinin Səudiyyə başçılığında koalisiya qüvvələrinəvə hücum və zərbələri davam edir. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com Yəmənin "almasirah" portalına istinadən xəbər verir ki, Yəmən Ordusu və könüllüləri Səudiyyə Hərbi Hava Qüvvələrinin bir pilotsuz təyyarəsini çərşənbə günü vurub. Məlumata görə, Əsir bölgəsində vurulan pilotsuz təyyarə Yəmən Ordusu və könüllülərin mövqelərini çəkib göndərilən hərbi bazaya ötürürmüş. Ötən ilin oktyabr ayında Yəmən "Ənsarullah"ının döyüşçüləri ABŞ-a məxsus pilotsuz təyyarəni də vurmuşdular. Digər xəbərə görə, Safar-al Xena cəbhəsində Səud və müttəfiqlərinə məxsus hərbi maşın vurulub. Məlumata görə, hərbi yük maşını partlayıcı qurğularla yüklənmiş halda hərbi bazaya getdiyi anda dəqiq zərbə ilə məhv edilib. Hərbi maşında olan ekipajın da, hərbi maşınla birlikdə məhv edildiyi önə çəkilir. Yəmən portalı həmçinin Taizdə Səudiyyəyə məxsus bir hərbi nöqtənin toplar vasitəsilə hədəfə alındığını, buna görə, düşmənin əsgər və muzdlu əsgər itirdiyini qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2018 11:32 ⁄ Çap
Bu bölmədə14 Aprel, 2018 ABŞ,Britaniya və Fransa Suriyaya 100-dən çox raket atıb11 Aprel, 2018 Bəşər Cəfəri: Suriya ölkədə İraq və Liviyanın aqibətinin təkrarlanmasına izn verməyəcək |
Xəbər lenti
19 Aprel, 2018 16:21
19 Aprel, 2018 11:40
19 Aprel, 2018 09:50
18 Aprel, 2018 10:00
|
© 2018 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |