15 Mart, 2018
Yəmən cəbhəsində Səud Ordusunun pilotsuz təyyarəsi, hərbi yük maşını vuruldu - FOTO

Yəmən Ordusu, Husilərə bağlı "Ənsarullah" könüllü dəstələrinin Səudiyyə başçılığında koalisiya qüvvələrinəvə hücum və zərbələri davam edir.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com Yəmənin "almasirah" portalına istinadən xəbər verir ki, Yəmən Ordusu və könüllüləri Səudiyyə Hərbi Hava Qüvvələrinin bir pilotsuz təyyarəsini çərşənbə günü vurub. Məlumata görə, Əsir bölgəsində vurulan pilotsuz təyyarə Yəmən Ordusu və könüllülərin mövqelərini çəkib göndərilən hərbi bazaya ötürürmüş. Ötən ilin oktyabr ayında Yəmən "Ənsarullah"ının döyüşçüləri ABŞ-a məxsus pilotsuz təyyarəni də vurmuşdular.

Digər xəbərə görə, Safar-al Xena cəbhəsində Səud və müttəfiqlərinə məxsus hərbi maşın vurulub. Məlumata görə, hərbi yük maşını partlayıcı qurğularla yüklənmiş halda hərbi bazaya getdiyi anda dəqiq zərbə ilə məhv edilib. Hərbi maşında olan ekipajın da, hərbi maşınla birlikdə məhv edildiyi önə çəkilir.

Yəmən portalı həmçinin Taizdə Səudiyyəyə məxsus bir hərbi nöqtənin toplar vasitəsilə hədəfə alındığını, buna görə, düşmənin əsgər və muzdlu əsgər itirdiyini qeyd edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8226.html