|
• DünyadaRəsmi Tehran İranın Londondakı səfirliyinə edilən hücumu pisləyib - VideoRəsmi Tehran İranın Londondakı səfirliyinə edilən hücumu pisləyib. SalamNews-un verdiyi xəbərə görə, bu barədə İran Xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasimi açıqlama verib. "Hücumla bağlı xəbərləri aldıqdan dərhal sonra xarici işlər nazirinin müavini Abbas Araqçi Böyük Britaniyanın Tehran səfirinə etirazını bildirib və Londondakı İran diplomatlarının təhlükəsizliyinin təmin olunması üçün Britaniya polisinə çağırış edib", deyə o bildirib. Onun sözlərinə görə, İngiltərə hökuməti insidentə görə üzr istəyib: "Bu barədə İngiltərənin Tehran səfiri məlumat verib. O həmçinin qeyd edib ki, vəziyyət nəzarət altındadır və iranlı diplomatları qorumaq, hücum edənlərin binaya daxil olmasının qarşısını almaq üçün müvafiq tədbilər görülüb". Qeyd edək ki, İranın Londondondakı səfirliyinə özlərini "Şiraziçi" adlandıran şəxslər hücum edib. Qara paltarlı şəxslər İranın diplmatik korpusunun binasına çıxaraq İran bayrağını oradan çıxararaq, göy rəng bayraqlarını ora sancıblar.Məlumata görə, bu şəxslər bir neçə gün öncə həbs edilmiş Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin həbsinə etiraz olaraq bu addımı atıblar. Məlumata görə, hücum edən şəxslər Londonda Sadiq Şiraziyə yaxınlığı ilə bilinən qruplaşma üzvləridir. Londondakı İran səfiri Həmid Beidnejad "Fars" agentliyinə müsahibəsində bildirib ki, hücum edən şəxslər İslam Peyğəmbərinin (s) həyat yoldaşı Xanım Aişə və Əhlisünnənin müqəddəs şəxslərinə lənət və söyüşlə bayraqlarını İranın diplomatik korpusuna sancıblar. Ekstremistlər hücumdan 3 saat sonra saxlanılıblar. İngilis polisi saxlanılanların adlarını açıqlamayıb Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2018 12:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |