10 Mart, 2018
Rəsmi Tehran İranın Londondakı səfirliyinə edilən hücumu pisləyib - Video

Rəsmi Tehran  İranın Londondakı səfirliyinə edilən hücumu pisləyib.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə İran  Xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasimi açıqlama verib.

"Hücumla bağlı xəbərləri aldıqdan dərhal sonra xarici işlər nazirinin müavini Abbas Araqçi Böyük Britaniyanın Tehran səfirinə etirazını bildirib və Londondakı İran diplomatlarının təhlükəsizliyinin təmin olunması üçün Britaniya polisinə çağırış edib", deyə o bildirib.

Onun sözlərinə görə, İngiltərə  hökuməti insidentə görə üzr istəyib: "Bu barədə İngiltərənin Tehran səfiri məlumat verib. O həmçinin qeyd edib ki, vəziyyət nəzarət altındadır və iranlı diplomatları qorumaq, hücum edənlərin binaya daxil olmasının qarşısını almaq üçün müvafiq tədbilər görülüb".

Qeyd edək ki, İranın Londondondakı səfirliyinə özlərini "Şiraziçi" adlandıran şəxslər hücum edib. Qara paltarlı şəxslər İranın diplmatik korpusunun binasına çıxaraq İran bayrağını oradan çıxararaq, göy rəng bayraqlarını ora sancıblar.Məlumata görə, bu şəxslər bir neçə gün öncə həbs edilmiş Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin həbsinə etiraz olaraq bu addımı atıblar.

Məlumata görə, hücum edən şəxslər Londonda Sadiq Şiraziyə yaxınlığı ilə bilinən qruplaşma üzvləridir. Londondakı İran səfiri Həmid Beidnejad "Fars" agentliyinə müsahibəsində bildirib ki, hücum edən şəxslər İslam Peyğəmbərinin (s) həyat yoldaşı Xanım Aişə və Əhlisünnənin müqəddəs şəxslərinə lənət və söyüşlə bayraqlarını İranın diplomatik korpusuna sancıblar.

Ekstremistlər hücumdan 3 saat sonra saxlanılıblar. İngilis polisi saxlanılanların adlarını açıqlamayıb

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8209.html