|
• Dünyadaİşğalçı İsrail ordusu ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıbÇümə günü Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb. Ahlibeyt.az-ın RiaNovosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib. Fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə cəmiyyətin nümayəndəsi İrab əl-Fukah bildirib. Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki, Qəzza zolağı ilə İsrail arasında sərhəddə 3 fələstinli güllə yarası alıb, daha iki nəfər gözyaşardıcı qazdan zəhərlənib alıb. Həmçinin Qəzza zolağından İsrailin cənub bölgəsinə raket buraxılıb. İnsident nəticəsində dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. İsrail hərbçiləri raket atəşinə cavab olaraq HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə hava zərbələri endirib. ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki aya yaxındır ki, davam edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2018 11:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |