
Çümə günü Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb.
Ahlibeyt.az-ın RiaNovosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.
Fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə cəmiyyətin nümayəndəsi İrab əl-Fukah bildirib.
Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki, Qəzza zolağı ilə İsrail arasında sərhəddə 3 fələstinli güllə yarası alıb, daha iki nəfər gözyaşardıcı qazdan zəhərlənib alıb.
Həmçinin Qəzza zolağından İsrailin cənub bölgəsinə raket buraxılıb. İnsident nəticəsində dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. İsrail hərbçiləri raket atəşinə cavab olaraq HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə hava zərbələri endirib.
ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki aya yaxındır ki, davam edir.