|
• Mənəviyyat • MənəviyyatAllahdan dörd istək - Rəhmət və mehribanlıqBöyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. Heç şübhəsiz ki, sınıq qəlb və göz yaşları ilə gecə yarısı xəlvətdə edilən dua qəbula çox yaxındır. Allah-Taala Musa ibn İmrana belə xitab edir: «Ey İmran oğlu! Mənim hüzuruma qəlbindən sınıqlıq, cismindən təvazö, gözündən gecə yarısı olan yaş gətir. Məni çağır, yəqin ki, icabət edəcəyəm».("Kənzul-əmmal”, 43 639.) Dua edən şəxs duanın bu hissəsində Allah-Taaladan dörd şey istəyir. O, inanmalıdır ki, duadakı itaətkarlıq və təvazökarlığın duanın qəbulunda təsiri olacaqdır. İstənilən dörd şeyə nəzər salaq: 1-Allahın müdara ilə yumşaq rəftarı; 2-Rəhmətə qovuşmaq; 3-Verilən ruziyə qane olmaq; 4-Bütün hallarda təvazö. Dua edən şəxs anlamalı və unutmamalıdır ki, yaxşılıq edən insan özünə edir. («İsra» surəsi, ayə 7). Allahdan mehribanlıq görmək üçün hökmən müsəlmanlara, layiqli şəxslərə mehriban olmaq lazımdır. Öz ətrafındakılara qarşı mərhəmətli, mehriban olmayan insan Allah-Taaladan mehribanlıq görə bilməz. 2-Rəhmət və mehribanlıq İlahi rəhmət haqqında qeyd edildi ki, ilahi rəhmət bəndəlik vəzifələrini yerinə yetirənlərin, digər bəndələrlə mehriban olanların, «rəhm et ki, rəhmət görəsən» şüarına əməl edənlərin halına şamildir. Vacib vəzifələri yerinə yetirməkdə süstlük göstərən, günahdan çəkinməyən, xalqla qəzəbli rəftar edən kəs heç kimdən mehribanlıq gözləməməlidir. Həzrət Peyğəmbər (s) buyurur: «Allahın yüz rəhməti var. Cinlər və insanlar, quşlar və heyvanlara nazil edilmiş bir rəhmət vasitəsi ilə onlar bir-birləri ilə mehribandırlar. Allah qalan doxsan doqquz rəhməti ilə qiyamət günü bədənlərinə rəhm edər».("Tuhəful-uqul”, 316.)«Allah-Taala qiyamət günü möminlərə deyər: «Mənimlə görüşüməyi sevərdinizmi?» Deyərlər: «Bəli, ey Rəbbimiz». Soruşular ki, nə üçün? Deyərlər: «Çünki bağışlayacağına ümidvar idik». Allah-Taala buyurar: «Sizi bağışlamağım vacib oldu.»("Mizanul-hikmət”, 3-1124.) «Allah-Taala qiyamət günü buyurar ki, Məni bircə gün yada salanı və ya hansısa məqamda Məndən qorxanı oddan çıxarın.(Məcmueye-Vərram”, 1-61.) «Allah-Taala öz mömin bəndəsinə qarşı övladına mehriban anadan daha mehribandır».("Biharul-ənvar”, 100-12.) Məsum imamların kəlamından məlum olur ki, ilahi rəhmət qazanmağın yolu ibadət və itaət, günahdan uzaqlıq və xalqa mehribanlıqdır. Allah Rəsulu (s) buyurur: «Rəhm edənlərə Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, Allah da sizə rəhm etsin».("Əmaliye-Tusi”, 680.) «Ənisül-ləyl» kitabında belə nəql olunur: Həzrət Musa (ə) Allah-Taalaya ərz etdi ki, Sənin razılığını hansı xasiyyətlə qazanmadım? Buyurdu: «Şüeybin qoyunlarını otarıb çobanlıq etdiyin vaxt, çox isti bir yay günü sürüdən qaçmış çəpişin ardınca getdin. Uzun yol və isti hava səni çox incitdi. Keçini tutduğun vaxt dedin ki, özünü də məni də məşəqqətə saldın. Sonra onu çiyninə alıb sürünün yanına qayıtdın. Keçiyə göstərdiyin mehribanlığa görə başına tac qoyub, belinə kəramət kəməri bağladım və səni peyğəmbərliyə seçdim». Bir kişi Həzrət Peyğəmbərə (s) ərz etdi ki, istəyirəm Allahım mənə rəhm etsin. Həzrət (s) buyurdu: «Özünə və yaranmışlara rəhm et ki, Allah da sənə rəhm etsin».("Biharul-ənvar”, 68-394.) Həzrət Peyğəmbər (s) buyurur: «Allahın əmrinə itaət etməklə özünüzü onun rəhmətinə çatdırın».("Kafi”, 2-321.) Həzrət Əli (ə) buyurur: «Rəhməti artırmaq üçün ən təsirli iş, bütün xalqa mərhəmət istəyidir».("Biharul-ənvar”, 63- 338.) «Xalqı bağışlamaqla rəhmət nazil olar».(Ğurərul-hikəm”, 360.) «Zəiflərə mərhəmət Allahın mərhəmətini nazil edər(Ğurərul-hikəm”, 361.) Ardı var Əvvəli - http://ahlibeyt.az/news/a-7956.html Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2018 14:10 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |