إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də baş verəcək

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınacaq - Ay tutulması Azərbaycan ərazisində də müşahidə ediləcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə  AMEA mətbuat xidmətinə məlumat verilib.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun açıqlamasına görə, yanvarın 31-də baş verəcək Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

X.Mikayılov bildirib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.

Qeyd edək ki,Ay tutulması zamanı müşahidə müddətindən sonuna kimi18:00-19:11-ə qədər)vacib niyyəti ilə "Ayət namazı"qılınmalıdır.Bu müddət ərzində namazı yerinə yetirə bilməyənlər onu qəza niyyəti ilə qılmalıdırlar.Bu barədə sytımız tərəfindən əlavə məlumat veriləcək.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2018  12:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!