|
• DünyadaRazılaşma - 30 min müsəlman Myanmaya geri dönəcəkMyanma və Banqladeş dövlət rəsmilərinin əldə etdiyi razılaşmaya əsasən Raxindən qaçqın düşmüş rohingiyalı müsəlmanların öz vətənlərinə geri dönməsinə şərait yaratmaq məqsədi ilə 30 min nəfərlik qaçqın düşərgəsi və müvəqqəti sığınacaq tikilir. Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, Rohingiyalı müsəlman qaçqınların öz vətənlərinə dönməsi prosesinin ilk mərhələsi cari ilin Yanvar ayının sonunda baş tutacaq. Myanmarın Sosial məsələlər və mənzil istismarı naziri bu xəbəri təsdiqləyib. "Myanmaya qayıtmaq üçün ad yazdıran qaçqınlar üçün nəzərdə tutulmuş düşərgdə 30 min nəfərə sığınacaq veriləcək. Bu düşərgənin tikintisi hazırda başa çatmaq üzərədir."-deyə o bildirib. Onun sözlərinə görə, Banqladeş və Myanma nümayəndə heyətləri müsəlman qaçqınların vətənə qaytarılması üçün lazım olan sənədləri hazırlamaqla məşğuldur və gələn həftənin əvvəllərindən qaçqınların qaytarılması prosesi başlanacaq. Qeyd edək ki, beynəlxalq təşkilatlar cari ilin ilk günlərində Myanmalı müsəlman qaçqınların qayıtmasının könüllü olmasını təkidlə vurğulamış və bildirmişlər ki, qaçqınların müvəqqəti sığınacaqlara deyil, öz doğma evlərinə dönməlidir. BMT-nin İnsan Hüquqları gözətçisinin Asiya işləri üzrə müavini Vil Robertsun sosial şəbəkədə yazıb: Razışlaşmaya əsasən ruhingiyalı müsəlman qaçqınlar tam təhlükəsiz şəraitdə öz kəndlərinə dönə bilər. Qeyd edək ki, 655 min ruhingiyalı müsəlman Myanma dövlətinin təhlükəsizlik qüvvələri və radikal buddistlərin hücumlarına məruz qalaraq Banqaldeşə qaçmışdı və hazırda iki ölkə arasındakı qaçqın düşərgəsində çox acınaqcaqlı vəziyyətdə yaşayır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2018 13:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |