|
Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkMayın 21-dən 23-dək Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, BDU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunacaq konfransda tarix, dil, ədəbiyyat, beynəlxalq münasibətlər, sosiologiya, regionşünaslıq və digər humanitar, ictimai elm sahələrini əhatə edən mövzularda müzakirələr aparılacaq. Belə ki, tədbirdə “Azərbaycan dövlətçiliyi tarixi: cümhuriyyətə gedən yol”, “XIX əsrin sonu-XX əsrin əvvəllərində milli oyanış gələcək müstəqilliyin əsası kimi”, “Azərbaycançı məfkurə milli dövlət quruculuğunun əsası kimi”, “BDU Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi” və digər mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq. Konfransa panel və fərdi məruzə tezisləri qəbul edilir. Tezislər fevralın 28-dək qəbul olunacaq. Tezisləri qəbul edilən təqdimatçılar tələb olunan həcmdə məruzə mətni hazırlamalı və mayın 10-dək konfransın elektron ünvanına - adr_centennial@yahoo.com göndərməlidirlər. Məruzələr konfransdan sonra “Tarix və onun problemləri” jurnalının AXC-nin 100 illiyinə həsr edilmiş nömrəsində çap olunacaq. Məqalə üçün qoyulan tələblərlə http://publish.bsu.edu.az/az/content/tarix_ve_onun_problemleri_jurnali_illerle linkində tanış olmaq mümkündür. Konfransda iştirak ödənişsizdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Yanvar, 2018 13:11 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |