|
• DünyadaCiddədə İƏT ölkələrinin gənclik siyasəti üzrə ekspertlər qrupunun iclası keçirilirYanvarın 8-də, Ciddədə İslam Əməkdaşlıq Təşkilatının Baş Qərargahında İƏT ölkələrinin gənclik siyasəti üzrə hökumətlərarası yüksək məmurlar qrupunun iclası keçirilib. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, toplantıda İƏT ölkələri Gənclər və İdman nazirliklərinin yüksək məmur statuslu ekspertləri İƏT-in “Gənclər Strategiyası” üzrə qəbul edilmiş qərarların icrasını müzakirə etmişlər. Yığıncaqda çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov, 2016-cı ilin oktyabrında İstanbulda keçirilmiş İƏT Gənclər və İdman Nazirləri Konfrasnının 3-cü Sessiyasının qərarlarının icrası üzrə məruzəsini iştirakçılara təqdim etmiş, bu il Bakıda keçirilməsi nəzərdə tutulan İƏT GİN Nazirləri Konfransının 4-cü Sessiyasına hazırlıq barədə məlumat vermişdir. Toplantıda İƏT məkanında gənclər siyasəti üzrə əsas problemləri əhatə edən 9 prioritet istiqamət müəyyən edilib. Xatırladaq ki, İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü Sessiyasının 2018-ci ildə Bakıda həyata keçirilməsi planlaşdırılır və İƏT Gənclər Forumu bu Konfransın Katibliyi funksiyasını daşıyır. İƏT ölkələrinin gənclik siyasəti üzrə ekspertlər qrupunun iclası işini sabah başa vuracaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2018 12:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |