|
• Mənəviyyat • MənəviyyatHər kəs müsəlmanların dəstəsindən bir qarış belə uzaqlaşsa...Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Hər bir dəstənin camaat namazının imamı onların Allah dərgahındakı nümayəndəsidir. Belə isə, öz namazınızın imamı üçün ən yaxşılarınızı seçin." "Biharul-ənvar" /88/109. Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "İnsanın camaatla namaz qılması öz evində (tək-tənha) qıldığı qırx illik namazdan yaxşıdır. Allahın Rəsulundan "bir günün namazımı?" – deyə soruşulduqda, o həzrət buyurdu: "(Xeyr!) Yalnız bir namaz. (Yəni camaatla qılınan bir namaz tək-tənha qılınan qırx illik namazdan fəzilətlidir.)" "Vəsailuş-şiə" /5/374. Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Mənim nəzərimdə sübh namazını camaatla qılmağım, gecəni sübhə qədər oyaq qalıb ibadətlə məşğul olmaqdan daha sevimlidir." "Kənzül-ümmal", 8-ci cild, hədis: 22792. Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Hər kəs alimə iqtida edib namaz qılsa, sanki Allahın Rəsuluna iqtida edib onun arxasında namaz qılmışdır." "Vəsailuş-şiə" /5/387. Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Sizdən camaat namazında iştirak etməyən bir şəxs haqqında soruşsalar, deyin ki, onu tanımıram!" "Biharul-ənvar" /88/5. İmam Əli (ə) buyurmuşdur: "Bir camaat namazından sonrakı camaat namazına qədər, namazı camaatla qılmaq üçün intizar çəkmək bütün günahların kəffarəsidir." "Camiu əhadisiş-şiə" /6/388. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs müsəlmanların dəstəsindən bir qarış belə uzaqlaşsa, şübhəsiz ki, iman ipini boynundan çıxraraq kənara atmışdır." "Biharul-ənvar" /88/13. İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs rəğbətsizlik üzündən və üzürlü səbəbi olmadan müsəlmanların dəstəsi sayılan camaat namazını tərk etsə, onun namazı qəbul deyildir." "Əmaliyi Şeyx Səduq" /290. Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Camaat namazına iltizamlı olan şəxsin qeybətini etmək müsəlmanlara haramdır və onun ədaləti sabitdir." "Vəsailuş-şiə" /5/394. "Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Camaatla qılınan bir namaz fürada (tək-tənha) qılınan iyirmi beş namazdan üstün və fəzlətlidir." "Vəsailuş-şiə" /5/374. Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Camaat namazı qılmaq üçün qədəm götürən elə bir mömin yoxdur ki, Allah-taala qiyamət gününün qorxusunu onun üçün yüngül tutmasın və sonra behiştə daxil olmağa əmr etməsin." "Vəsailuş-şiə" /5/372.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2018 13:51 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |