|
• DünyadaRusiya MN Suriyada 7 hərbi təyyarənin məhv edildiyinə dair məlumatları təkzib edibSuriyada terrorçular Rusiyanın "Hmeymim" aviabazasına hücum edib. Hücum nəticəsində 2 hərbçi həlak olub. Ahlibeyt.az-ın məlumatına görə,SalamNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata əsasən, dekabrın 31-də axşam saatlarında “Hmeymim” aviabazası silahlılardan ibarət mobil təxribat qrupunun hücumuna məruz qalıb. Onlar minaatanlardan bazanı atəşə tutublar. Eyni zamanda nazirlik, Rusiyaya məxsus 7 hərbi təyyarənin məhv edildiyinə dair məlumatları təkzib edib. Qeyd edək ki,mətbuatda Rusiyanın Suriyadakı hərbi bazasına terrorçuların hücum etdiyi,7 hərbi təyyarənin məhv edildiyi və hərbçilərin öldürüldüyü barədə məlumat yayılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Yanvar, 2018 11:58 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |