
Suriyada terrorçular Rusiyanın "Hmeymim" aviabazasına hücum edib. Hücum nəticəsində 2 hərbçi həlak olub.
Ahlibeyt.az-ın məlumatına görə,SalamNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, dekabrın 31-də axşam saatlarında “Hmeymim” aviabazası silahlılardan ibarət mobil təxribat qrupunun hücumuna məruz qalıb. Onlar minaatanlardan bazanı atəşə tutublar.
Eyni zamanda nazirlik, Rusiyaya məxsus 7 hərbi təyyarənin məhv edildiyinə dair məlumatları təkzib edib.
Qeyd edək ki,mətbuatda Rusiyanın Suriyadakı hərbi bazasına terrorçuların hücum etdiyi,7 hərbi təyyarənin məhv edildiyi və hərbçilərin öldürüldüyü barədə məlumat yayılıb.