|
• DünyadaİŞİD-lə müharibə zamanı 5 milyona yaxın iraqlı evlərindən didərgin düşüb - Açıqlamaİraqlı hərbi mənbə İŞİD-lə mübarizədə İraqın təhlükəsiz qüvvələrindən 35 min nəfərin həyatını itirdiyini və daha 35 min nəfərin isə yaralandığını açıqlayıb. Ahlibeyt.az-ın məlumatına görə.Maide.az-ın “iraqinews”-a istinadən verdiyi xəbərə əsasən, hərbi mənbə ölən və yaralanan təhlükəsizlik qüvvələrinin Ordu, Polis və Həşd-Şəbi könüllü birqadalarının üzvlərindən olduğunu bildirib. İraq hökuməti şəhid olan şəxslərin ailələrini öz himayəsinə götürüb və yaralılara yardımlar edilir. Hərbi qaynaq İŞİD-lə mübarizəni İraq tarixinin ən dağıdıcı müharibələrindən biri adlandırıb. BU müharibədə ölkə infrastrukturunun böyük hissəsinin sıradan çıxdığı vurğulanıb. BMT-nin hesabatına görə, 2014-cü ildən İŞİD-lə müharibə səbəbindən 5 milyona yaxın iraqlı evlərindən didərgin düşüb. İraq baş naziri Heydər Əl-İbadi ötən həftə İŞİD-lə 3 illik müharibənin sona çatdığını elan edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2017 15:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |