18 Dekabr, 2017
İŞİD-lə müharibə zamanı 5 milyona yaxın iraqlı evlərindən didərgin düşüb - Açıqlama

İraqlı hərbi mənbə  İŞİD-lə mübarizədə İraqın təhlükəsiz qüvvələrindən 35 min nəfərin həyatını itirdiyini və daha 35 min nəfərin isə  yaralandığını açıqlayıb.

Ahlibeyt.az-ın məlumatına görə.Maide.az-ın “iraqinews”-a istinadən verdiyi xəbərə əsasən,  hərbi mənbə ölən və yaralanan təhlükəsizlik qüvvələrinin  Ordu, Polis və Həşd-Şəbi könüllü birqadalarının üzvlərindən olduğunu bildirib.

İraq hökuməti  şəhid olan şəxslərin ailələrini öz himayəsinə götürüb və yaralılara yardımlar edilir.

Hərbi qaynaq İŞİD-lə mübarizəni  İraq tarixinin ən dağıdıcı müharibələrindən biri adlandırıb. BU müharibədə ölkə infrastrukturunun böyük hissəsinin sıradan çıxdığı vurğulanıb.

BMT-nin hesabatına görə,  2014-cü ildən İŞİD-lə müharibə səbəbindən 5 milyona yaxın iraqlı evlərindən didərgin düşüb.

İraq baş naziri Heydər Əl-İbadi  ötən həftə  İŞİD-lə 3 illik müharibənin sona çatdığını elan edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7821.html